BANK

09 İyun

Avropa Mərkəzi Bankının deflyasiya qorxusu yenidən canlanır

Koronavirus pandemiya şəraitində deflyasiya etmalının artması gələcəkdə siyasətçilər üçün daha çox mübarizə aparmalı olduqlarının siqnallarıdır.
Avropa Mərkəzi Bankının (ECB) rəsmilərinin yenidən düşündükləri deflyasiya qorxularını nəzərə alaraq  Kristin Lagarde Avro Bölgəsinin daha çox pul güzəştinə ehtiyacı olub-olmaması ilə bağlı xəbərdar edir.

Avropada 1930-cu illərdən bəri sülh dövründəki ən sərt tənəzzülə səbəb olan koronavirus pandemiyası qiymətlərdə və maaşlarda Böyük Depressiyaya bənzər bir eniş görüntüsünü canlandırdı.

İdarə Heyətinin üzvü Fabio Panetta, keçən həftə AMB təcili aktiv alış proqramını təxminən 1,35 trilyon avro (1.53 trilyon dollar) ilə artırdıqlarını elan eməsi deflyasiya təzyiqlərini artırdı. İspaniya Mərkəzi Bankının prezidenti Pablo Hernandez de Cos bu riskin qarşısını almaq üçün bu addımın zəruri olduğunu vurğuladı.

İqtisadçılar onsuz da siyasət aparanların ilin sonuna qədər proqramı artıracaq vəziyyətdə olacağını gözləyirlər. Digər tərəfdən, Avstriya Mərkəzi Bankının sədri Robert Holzmann, qiymətlər bir neçə ay azalsa belə "bu iqtisadi deflyasiya deyil" deyərək bu qeyri stabil vəziyyətdən narahat olduğunu ifadə edib. 

Digər tərəfdən, Bundesbank, tədarük tərəfindəki davamlı pisləşmə və şirkətlərin dağılması səbəbi ilə verilən dəstəyin, sağ qalan müəssisələrə daha çox qiymət vermək imkanı verdiyini bildirir. Bankın aylıq hesabatında, "Düşən tələb xidmətlərin və sənaye məhsullarının qiymətlərinə təzyiq yaratsa da, tədarük tərəfindəki pandemiyanın səbəb olduğu inflyasiya amilləri ilə tarazlaşdırılacaq." ifadəsi işlədilib 

Sözü gedən müzakirə böhranın və ona qarşı görülən tədbirlərin nəticədə qiymətlərə dəstək olub-olmayacağı ilə bağlı geniş fikir ayrılığını əks etdirir.

Davam edən müzakirə ilə əlaqədar Bloomberg TV-yə verdiyi müsahibədə UniCredit-in baş iqtisadçısı Erik Nielsen, "Mənim üçün əsas problem, böyük maliyyə və pul təşviqlərinin, xüsusən də Avropada inflyasiya olacağını düşünməkdir. Yaxın beş ildə belə bir şey görməyəcəyəm. " deyib

Müəllif:Aynur Qəniyeva