BANK

09 İyun

“Rəqəmsal PR” -la bağlı onlayn seminar

Azərbaycan Banklar Assosiasiyası tərəfindən media nümayəndələri üçün “Rəqəmsal PR” mövzusunda onlayn seminar keçiriləcək

Fins.az xəbər verir ki. bu barədə Banklar Assosasiyası məlumat yayımlayıb.

Seminar qloballaşmanın əsas çağırışları olan rəqəmsallaşmada PR işinin təşkili və aparılması üzrə məlumatları özündə ehtiva edəcək.

“Rəqəmsal PR” seminarı 12 iyun 2020-ci il tarixində saat 15:00-da, “Zoom” onlayn platforması üzərindən Azərbaycan Respublikasının Mərkəzi Bankının mətbuat katibi Namiq Əliyev tərəfindən keçiriləcəkdir.

Müəllif:Aynur Qəniyeva