BANK

09 İyun

Azərbaycanda 102 mln manat nizamnamə kapitalı olan bank

Ölkənin 10 ən böyük banklarının sırasında yer alan “Rabitəbank” -ın Nizamnamə kapitalı 102 milyon manat həcmindədir.

Fins.az xəbər verir ki, bu barədə bankın auditini həyata keçirmiş beynəlxalq auditor şirkəti “KPMG” tərəfindən hazırlanan hesabatda məlumat verilir 

Məlumata görə 2019-cu il ərzindən “Rabitəbank” -ın  kredit portfeli 2019-cu il ərzində 25.6% artaraq 352 milyon manat təşkil edib. 

Hesabat dövründə "Rabitəbank”ın xalis faiz gəlirləri əvvəlki il ilə müqayisədə 35% artıb .Belə ki, bank sözügedən dövr ərzində  38 milyon manat gəlir əldə edib. Bankın xalis qeyri-faiz gəlirləri isə 21% artaraq 5 milyon manat  təşkil edib.

Auditin nəticələrinə görə  “Rabitəbank” -ın cəmi əməliyyat gəliri 29% artaraq 46 milyon manata, mənfəət isə əvvəlki illə müqayisədə 26% artaraq 15 milyon manata çatıb.

Müəllif:Aynur Qəniyeva