BANK

09 İyun

Dollarla bağlı nisbi sakitlik

Beynəlxalq valyuta birjalarında EUR/USD və GBP/USD məzənnələrində müşahidə edilən zəif dalğalanma, çərşənbə günü ABŞ-dan dərc ediləcək inflyasiyaya dair önəmli fundamental göstəricilər öncəsi investorların ehtiyatlı mövqeləri ilə əlaqədardır. Amerikada inflyasiya Almaniya və Avrozona üzrə göstəriciləri üstələyərsə, bu, avro və funtda ucuzlaşmanın sürətlənməsinə səbəb ola bilər. Hazırda ABŞ-da istehlak qiymətlərinin illik artım səviyyəsi 0.3, Avrozona və Almaniyada isə müvafiq olaraq 0.1 və 0.6%-dır. 

Bununla yanaşı, bu gün Bakı vaxtı ilə saat 10:00 və 10:45-də müvafiq olaraq Almaniya və Fransadan yayımlanacaq xarici ticarət dövriyyəsi ilə bağlı önəmli fundamental göstəricilər də böyük maraqla gözlənilir.