BANK

09 İyun

Dünya Bankı Azərbaycanla bağlı proqnozunu AÇIQLAYIB

Dünya Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu yenilədi
Azərbaycan iqtisadiyyatının iqtisadi azalma nisbəti 4,9%-dən 2,6%-ə endirilib
iç səhifə xəbər başlığı altı (mobil)_31
Dünya Bankı Azərbaycan iqtisadiyyatı barədə proqnozunu yenilədi
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32
Dünya Bankı Qlobal İqtisadi Gözləntilər Hesabatının İyun 2020 sayını yayımlayıb.
Fins.az xəbər verir ki, Dünya Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatının 2,6% azalacağını, 2021-ci ildə isə 2,2% artacağını gözləyir. 

Dünya Bankı yanvar ayında Azərbaycan iqtisadiyyatının 4.9% azalacağını, 2021-ci ildə 0,1% artacağını nəzərdə tuturdu.

Beləliklə, Dünya Bankı 2020-ci ildə Azərbaycan iqtisadiyyatının daha az kiçiləcəyini, 2021-ci ildə isə daha çox böyüyəcəyini gözləyir.

Azərbaycan iqtisadiyyatının azalmasına yeni növ koronavirus (Kovid-19) epidemiyasına qarşı görülən tədbirlər və neftin ucuzlaşması səbəb olur.