BANK

09 İyun

Dünya Bankı qlobal iqtisadiyyat barədə proqnozunu pisləşdirdi

Dünya Bankı Qlobal İqtisadi Gözləntilər Hesabatının İyun 2020 sayını yayımlayıb.
Fins.az xəbər verir ki, hesabarda yeni növ koronavirus (Kovid-19) epidemiyasına qarşı görülən tədbirlərin qlobal iqtisadiyyatı azaldacağı qeyd edilib.

Hesabatda, qlobal iqtisadiyyatın bu il 5,2% kiçiləcəyi proqnozuna yer verilib və bunun İkinci Dünya müharibəsindən bu yana ən dərin böhranı əks etdirdiyi vurğulanıb.

Dünya Bankı, yanvar ayında qlobal iqtisadiyyatın bu il 2,5% artacağını nəzərdə tutmuşdu.

Bankın hesabatında, 2021-ci ilə dair qlobal iqtisadi artım proqnozu isə 2,6%-dən 4,2%-ə yüksəldilib.

Dünya Bankı inkişaf etmiş ölkələrdən ABŞ iqtisadiyyatının bu il 6,1%, Avro Bölgəsi iqtisadiyyatının 9,1%,Yaponiya iqtisadiyyatının isə 6,1 kiçiləcəyini proqnozlaşdırır.

Dünya Bankı Çinin bu ilə dair iqtisadi artım proqnozunu 5,9%-dən 1%-ə salıb. Çin iqtisadiyyatının gələn il isə 6,9% artacağı nəzərdə tutulur.

Dünya Bankı Rusiya iqtisadiyyatının bu il 6%, Türkiyə iqtisadiyyatının isə 3,8% kiçiləcəyini gözləyir.