Xərçəng müalicəsində inteqrativ yanaşmalara maraq artır

Xərçəng müalicəsində inteqrativ yanaşmalara maraq artır

TİBB
70

Fins.az - Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi xərçəng xəstəliklərinin müalicəsində inteqrativ onkologiya yanaşmasını tətbiq edir. Bu yanaşma əsas müalicə prosesinin təsirini artırmağa və pasiyentin həyat keyfiyyətinin qorunmasına yönəlib.

Mərkəzin məlumatına görə, kimyaterapiya prosesi bir çox xəstələr üçün fiziki və emosional baxımdan çətin mərhələ ola bilər. İnteqrativ onkologiya yanaşması isə müalicə müddətində xəstənin ümumi vəziyyətinin dəstəklənməsini və daha rahat müalicə prosesinin təmin edilməsini hədəfləyir.

Bildirilib ki, bu metod əsas müalicəyə əlavə dəstək kimi tətbiq olunur. Məqsəd pasiyentin müalicə prosesini daha rahat keçirməsinə, gücünü qorumasına və müalicənin effektivliyinin artırılmasına kömək etməkdir.

İnteqrativ yanaşma çərçivəsində yalnız analiz və tomoqrafiya nəticələri deyil, eyni zamanda yuxu rejimi, qidalanma, ağrı səviyyəsi və orqanizmin ümumi vəziyyəti də nəzərə alınır.

Mərkəzdə hər bir pasiyent üçün fərdi müalicə dəstək planı hazırlanır. Bu plan çərçivəsində C vitamini, omeoterapiya, qidalanma dəstəyi və digər inteqrativ üsullardan istifadə olunur.

Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi qeyd edir ki, əsas məqsəd xərçəng müalicəsi yolunda pasiyentlərin daha güclü, rahat və dəstəklənmiş şəkildə irəliləməsinə kömək etməkdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xərçəng müalicəsində inteqrativ yanaşmalara maraq artır — Fins.az — Fins.az