Uroloji və uşaq urologiyası üzrə konsultasiya və əməliyyatlar keçiriləcək

Uroloji və uşaq urologiyası üzrə konsultasiya və əməliyyatlar keçiriləcək

TİBB
145

Fins.azBaku Medical Plaza Mərkəz filialında 10–14 avqust tarixlərində uzman uroloq-androloq, uşaq urologiyası üzrə üst uzman Dr. Kamranbəy Qasımov pasiyent qəbulu keçirəcək.

Klinikadan verilən məlumata görə, qəbul çərçivəsində müxtəlif uroloji və uşaq urologiyası xəstəliklərinin diaqnostikası, müalicəsi və cərrahi əməliyyatları həyata keçiriləcək.

Bildirilib ki, Dr. Kamranbəy Qasımov anadangəlmə böyrək xəstəlikləri, hidronefroz, meqaureter, sidik reflüksü, kriptorxizm, qasıq yırtığı, hidrosele, hipospadiya və epispadiya, gündüz və gecə sidik qaçırma, cinsiyyət üzvünün anadangəlmə və qazanılmış əyrilikləri, sidik daşı xəstəliyi, sidik kanalı darlıqları, varikosele, prostat vəzi xəstəlikləri və kişi sonsuzluğu ilə bağlı müraciət edən pasiyentləri qəbul edəcək.

Məlumat üçün qeyd edək ki, Dr. Kamranbəy Qasımov uroloji və uşaq urologiyası sahəsində ixtisaslaşmış mütəxəssis kimi fəaliyyət göstərir və qəbul müddətində müvafiq xəstəliklər üzrə konsultasiya, müalicə və cərrahi müdaxilələr həyata keçirəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Uroloji və uşaq urologiyası üzrə konsultasiya və əməliyyatlar keçiriləcək — Fins.az — Fins.az