Tibb müəssisəsində ciddi qanun pozuntuları aşkar olundu

Tibb müəssisəsində ciddi qanun pozuntuları aşkar olundu

TİBB
1,079

Finss.az - Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin yoxlayıcı-mütəxəssisləri 22 yanvar 2025-ci il tarixində Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsində yerləşən “Laser Beauty Estetik Klinikası” MMC-də planlı yoxlama aparıb.

Yoxlama nəticəsində bir sıra qanun pozuntuları aşkar olunub. Tibb müəssisəsində tibbi qeydiyyat sənədlərinin uyğun qaydalara riayət edilmədiyi, tibbi avadanlıqların normativ-texniki tələblərə uyğunluğunun təmin edilmədiyi və dərman vasitələrinin saxlandığı soyuducularda termometrin olmadığı müəyyən edilib. Həmçinin, sanitar-epidemioloji qaydalara riayət edilmədən müxtəlif tibbi prosedurların icra edildiyi, tibbi personalın sertifikasiyadan keçmədiyi və ixtisasa uyğun olmayan vəzifələrə təyin edildiyi bildirilib.

Yoxlama zamanı klinikanın rəhbərliyi tərəfindən AEM-in mütəxəssislərinə qarşı qeyri-etik davranış nümayiş etdirildiyi və müqavimət göstərildiyi qeyd edilib. Yoxlamanın nəticələri əsasında inzibati protokol tərtib olunub və klinikanın fəaliyyətinin dayandırılması üçün müvafiq tədbirlər görülür.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tibb müəssisəsində ciddi qanun pozuntuları aşkar olundu — Fins.az — Fins.az