“Threads” sosial şəbəkəsi rəqibinə çatmaq üçün yeni alətləri işə salır

“Threads” sosial şəbəkəsi rəqibinə çatmaq üçün yeni alətləri işə salır

TİBB
1,208

“X”ə (keçmiş “Twitter”) rəqib kimi tanınan “Threads” sosial şəbəkəsi yaxın həftələrdə axtarış funksiyasını və tətbiqin veb-versiyasını işə salacaq.

Fins.az xəbər verir ki, bu barədə sosial şəbəkədəki səhifəsində “Meta” şirkətinin rəhbəri Mark Zukerberq məlumat verib.

“Axtarış və veb-versiya yaxın bir neçə həftə ərzində əlçatan olacaq”, - deyərək o, komandanın işindən həzz aldığını vurğulayıb.

Qeyd edək ki, “Threads” proqramı iyulun 5-dən istifadəyə verilib. Yeni sosial şəbəkənin abunəçilərinin sayı həmin andan bir sutka ərzində 30 milyona çatıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
“Threads” sosial şəbəkəsi rəqibinə çatmaq üçün yeni alətləri işə salır — Fins.az — Fins.az