
Süd vəzi xəstəliklərinin erkən diaqnostikasında 3D texnologiyanın üstünlükləri
Fins.az – Süd vəzi xərçənginin erkən diaqnostikasında istifadə olunan mammoqrafiya müayinəsi Appro Hospitalda 3D tomosintez texnologiyası ilə həyata keçirilir.
Klinikanın məlumatına görə, bu üsul süd vəzini müxtəlif bucaqlardan skan edərək üçölçülü təsvir əldə olunmasına və kiçik lezyonların daha dəqiq aşkarlanmasına imkan yaradır.
Məlumata əsasən, 2021-ci ildən fəaliyyət göstərən Appro Hospital müasir radiologiya və diaqnostika avadanlıqları ilə təchiz olunub. Klinika bildirib ki, burada mammoqrafiya ilə yanaşı KT, MRT, USM, angioqrafiya və digər görüntüləmə müayinələri də həyata keçirilir.