SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsinə yeni direktor təyin edilib

SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsinə yeni direktor təyin edilib

TİBB
877

Fins.az - 20 ildən artıqdır Azərbaycanın özəl səhiyyə sektorunda fəaliyyət göstərən aparıcı qurumlardan biri olan SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsi rəhbərlik strukturunda yeni təyinat həyata keçirilib. Şəbəkənin İdarəçi Direktoru vəzifəsinə Vədiyə Ələkbərzadə təyin olunub.

V. Ələkbərzadə Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq hüquq ixtisası üzrə bakalavr təhsili alıb, magistraturada fərqlənmə ilə təhsilini tamamlayıb və Prezident yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsini bitirib. Hazırda süni intellekt və insan hüquqları sahəsində elmi tədqiqatlar aparır, yerli və beynəlxalq jurnallarda məqalələr dərc olunub və doktorantura təhsili alır.

O, indiyədək dövlət və özəl qurumlarda rəhbər vəzifələrdə çalışaraq hüquq və idarəetmə sahəsində geniş peşəkar təcrübə qazanıb. V. Ələkbərzadə eyni zamanda Özəl Tibb Müəssisələrinin Assosiasiyasında Hüquq və Etika Komitəsinin sədridir və səhiyyə xidmətlərinin hüquqi təhlükəsizliyi, pasiyent və həkim hüquqlarının qorunması, etik standartların tətbiqi üzrə təşəbbüslər həyata keçirir. O, həmçinin BDU-nun Hüquq fakültəsində İnsan Hüquqları və İnformasiya hüququ UNESCO kafedrasında müəllim kimi fəaliyyət göstərir, tibb hüququ, elektron dövlət və insan hüquqları üzrə mühazirələr aparır.

Bu təyinatdan əvvəl V. Ələkbərzadə şəbəkədə direktor müavini vəzifəsində çalışaraq institusional idarəetmənin gücləndirilməsi, nəzarət mexanizmlərinin formalaşdırılması və proseslərin sistemləşdirilməsi üzrə bir sıra layihələrə rəhbərlik edib. Yeni təyinat şəbəkənin dayanıqlı inkişaf strategiyasının təkmilləşdirilməsi, idarəetmədə çevikliyin artırılması və kadr siyasətinin gücləndirilməsi baxımından əhəmiyyətli addım hesab olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
SAĞLAM AİLƏ Tibb Mərkəzləri Şəbəkəsinə yeni direktor təyin edilib — Fins.az — Fins.az