Ölkədə
İİV-a yoluxma halları azalır

Ölkədə İİV-a yoluxma halları azalır

TİBB
472

Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə 849 nəfər müalicə alır.

Finss.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Məlumata görə, müalicə alan şəxslərdən 328-i Respublika Narkoloji Mərkəzində, 378-i QİÇS-lə Mübarizə Mərkəzində, 143-ü isə Sumqayıt Narkoloji Mərkəzində qeydiyyatdadır.

QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının sayı azalmaqdadır. 2024-cü ilin noyabr ayının sonuna qədər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%) inyekson narkotik istifadəçiləri olub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ölkədə İİV-a yoluxma halları azalır — Fins.az — Fins.az