Netflix 13 milyondan çox yeni abunəçi qazanıb

Netflix 13 milyondan çox yeni abunəçi qazanıb

TİBB
300

Netflix 2023-cü ilin son rübü üçün balans hesabatını açıqladı.

Fins.az xəbər verir ki, buna görə şirkətin ötən ilin dördüncü rübündəki gəliri əvvəlki ilin eyni dövrünə görə 12,5% artaraq 8,83 milyard dollara çatıb. 2022-ci ilin eyni dövründə şirkətin gəliri 7,85 milyard dollar olub.

Şirkətin xalis mənfəəti ötən ilin son rübündə 938 milyon dollar olub. Netflix-in 2022-ci ilin dördüncü rübündə xalis mənfəəti 55 milyon dollar olaraq hesablanıb.

Şirkətin səhm başına mənfəəti eyni dövrdə 12 sentdən 2,11 dollara yüksəlib.

Ötən ilin son rübündə Netflix-in abunəçilərinin sayı 13,1 milyon artıb.

Şirkətin dünya üzrə abunəçilərinin sayı illik 12,8 faiz artaraq 260,28 milyon nəfərə çatıb.

Günel Məlikzadə
Fins.az

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Netflix 13 milyondan çox yeni abunəçi qazanıb — Fins.az — Fins.az