
Mütəmadi fiziki fəaliyyət Alzheimer və demans riskini azaldır
Finss.az - Mütəxəssislər bildirir ki, müntəzəm fiziki fəaliyyət Alzheimer, demans və depressiya kimi xəstəliklərin riskini azaldır, hərəkətsizlik isə beyinə zərər verir.
Türkiyəli həkim Gökhan Özkoçakın sözlərinə görə, Birləşmiş Krallıqda 73 000 insan üzərində aparılmış tədqiqat idmanın neyropsixiatrik xəstəliklərə qarşı qoruyucu təsirini göstərib. Orta və güclü idmanla məşğul olan şəxslərdə Alzheimer, demans və insult riski təxminən 40% azalıb, oturaq həyat tərzi sürənlərdə isə insult riski 54% artıb.
Araşdırmada iştirakçıların fiziki aktivlik səviyyələri sensorlarla ölçülüb və fərdlər oturaq, yüngül, orta və güclü idman edən qruplara bölünüb.
Tədqiqat həmçinin göstərir ki, idman Alzheimer xəstəliyi ilə əlaqəli zülalların azalmasına kömək edir. Nəticələr beynəlxalq konqreslərdə təqdim ediləcək.