Meta "Twitter"in rəqibi "Threads" platformasını istifadəyə verəcək

Meta "Twitter"in rəqibi "Threads" platformasını istifadəyə verəcək

TİBB
1,051

"Meta" "Twitter"ə rəqib olacaq yeni sosial media platforması "Threads"i istifadəyə verəcək.

Fins.az "Bloomberg"ə istinadən xəbər verir ki, platforma iyulun 6-da istifadəyə veriləcəyi açıqlanıb.

Yeni platformanın "Twitter" ilə oxşarlığı tətbiqin interfeysinin vizuallarında diqqəti çəksə də, "Meta" "Threads"in mətn əsaslı söhbət proqramı olacağını açıqlayıb.

Qeyd edək ki, "Threads" "Twitter"ə rəqib kimi çıxan ilk proqram deyil. Donald Trampa məxsus “Truth Social” və “Mastodon” proqramları Twitter-ə rəqib olub.

Zəminə Hüseyn
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Meta "Twitter"in rəqibi "Threads" platformasını istifadəyə verəcək — Fins.az — Fins.az