
Alimlər xərçəngin metastaz sirrini açdı
Fins.az - Perm Politex Universitetinin alimləri xərçəng hüceyrələrinin aqressivliyini və metastaz ehtimalını qiymətləndirməyə imkan verən yeni riyazi model hazırlayıblar.
Araşdırma göstərib ki, metastatik hüceyrələr xarici təsirin gücündən asılı olmayaraq deformasiya zamanı sabit və yüksək enerji sərf edir.
Alimlərin fikrincə, bu “enerji imzası” gələcəkdə xərçəngin erkən mərhələdə metastaz riskini müəyyən edən yeni diaqnostik testlərin yaradılmasına imkan verə bilər.