Adidas Reeboku satdı

Adidas Reeboku satdı

TİBB
1,008

Almaniyanın idman geyimi istehsalçısı “Adidas” özünün törəmə şirkəti olan “Reebok”un satışına dair saziş imzalayıb.

Bu barədə “Adidas” tərəfindən bəyanat yayılıb.

Bəyanatda “Reebok”un ABŞ-ın “Authentic Brands Group” şirkətinə satıldığı bildirilib. Həmçinin, müqavilənin dəyərinin 2.1 milyard avro olduğu qeyd edilib.

Satış əməliyyatının 2022-ci ilin ilk rübündə tamamlanacağı vurğulanıb.

Xatırladaq ki, “Adidas” “Reebok”u 2006-cı ildə əldə edib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Adidas Reeboku satdı — Fins.az — Fins.az