Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin YENİ GÖRÜNTÜLƏRİ

Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin YENİ GÖRÜNTÜLƏRİ

SOSİUM
415

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi ilə bağlı video paylaşıb.

Agentlikdən verilən məlumata görə, uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası da nəzərdə tutulub ki, bu çərçivədə hazırda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır.

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsinin YENİ GÖRÜNTÜLƏRİ — Fins.az — Fins.az