Zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı AÇIQLANDI

Zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı AÇIQLANDI

SOSİUM
1,794

Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyəsi davam etdirilir.

Fins.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Qeyd edilib ki, AYNA tərəfindən təşkil olunan təxliyə avtobusları ilə vətəndaşlarımız Gürcüstan-Azərbaycan sərhədindən paytaxta gətirilir.

"Bu günə kimi 12 reys həyata keçirilib və 479 vətəndaş Bakı Beynəlxalq Avtovağzal Kompleksinə çatıb. Vətəndaşlar ödənişsiz Bakıya daşınıb.

"Hazırda sərhəddə ehtiyat avtobus da mövcuddur", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub.

Həmçinin, Türkiyədə bir həftəlik matəm elan edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Zəlzələ bölgəsindən Bakıya avtobusla gətirilən vətəndaşların sayı AÇIQLANDI — Fins.az — Fins.az