Yeni icra başçısı kimdir? – DOSYE

Yeni icra başçısı kimdir? – DOSYE

SOSİUM
1,019

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev dünən Kəlbəcərə yeni icra başçısı təyin edib. Belə ki, Azər Bəhlul oğlu Qocayev sözügedən vəzifəyə təyinat alıb.

Məlumata görə, Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. Sumqayıt Dövlət Universitetinin Elektroenergetika və Enerji maşınqayırması fakültəsini bitirib. 

Müxtəlif illərdə “Bakı Elektrikşəbəkə ASC”də, “Azərenerji” ASC-nin Sumqayıt ES-də, “Sumqayıt REŞ” MMC-də, “Azərişıq” ASC-də mühəndis vəzifəsində çalışıb. 

2017-ci ildən isə “Azərbaycan Dəmir Yolları” QSC-nin  İnfrastruktur Departamentində bölmə rəisinin müavini, 2018-ci ildə İnfrastruktur Departamentində  Elektrik təchizatı xidmətində xidmət rəisinin müavini, 2019-cu ildən isə Elektrik enerjisinin satışı və istifadəsinin səmərəliliyinə nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. 

Ailəlidir, iki övladı var.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Yeni icra başçısı kimdir? – DOSYE — Fins.az — Fins.az