Xəzər sahilinin sintetik torlardan təmizlənməsi məqsədi ilə növbəti reyd keçirilib

Xəzər sahilinin sintetik torlardan təmizlənməsi məqsədi ilə növbəti reyd keçirilib

SOSİUM
882

Su hövzələrinin sintetik torlardan və qadağan olunmuş digər ov vasitələrindən təmizlənməsi məqsədi ilə növbəti reyd Xəzər dənizinin Sumqayıt şəhəri, Corat və Novxanı qəsəbələri ətrafında keçirilib. 

Fins.az xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

O qeyd edib ki, 4 saylı Regional Ekologiya İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı Xəzər sahilinin sözügedən əraziləri balıqların ovlanması üçün qurulan sintetik torlardan təmizlənib. 

İ.İbrahimovanın sözlərinə görə, qadağan olunmuş alətlərlə balıq ovlanması sivil ov qaydalarına ziddir və balıqların kökünün kəsilməsi deməkdir: “Hər kəsi sivil qaydalarla balıq ovlanmasının təbliğinə və təşviqinə dəstək verməyə, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə çağırırıq”.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Xəzər sahilinin sintetik torlardan təmizlənməsi məqsədi ilə növbəti reyd keçirilib — Fins.az — Fins.az