WUF13 günlərində Bakıda 24 saatlıq nəqliyyat sistemi tətbiq olunacaq

WUF13 günlərində Bakıda 24 saatlıq nəqliyyat sistemi tətbiq olunacaq

SOSİUM
264

WUF13 günlərində nəqliyyatın fasiləsiz təşkili məqsədilə “Koroğlu” metrostansiyası yaxınlığındakı habdan K1 marşrutu üzrə 24 saat ərzində daşımalar həyata keçiriləcək.

Fins.az xəbər verir ki, bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkəti Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə bildirib.

O qeyd edib ki, “Koroğlu” metrostansiyasından sərnişinlər birbaşa WUF13 məkanlarına daşınacaq.

Onun sözlərinə görə, tədbir günlərində ümumilikdə 67 şəhərdaxili dayanacaq istifadə olunacaq, həmçinin hava limanı istiqamətində 6 müntəzəm avtobus xətti fəaliyyət göstərəcək. Nəqliyyat sistemi 24 saat fasiləsiz işləyəcək.

Vüqar Aslanov əlavə edib ki, 9 nəqliyyat mübadilə mərkəzi və 2 xüsusi avtobus xətti vasitəsilə iştirakçıların WUF13 məkanına daşınması təmin olunacaq. Həmin mərkəzlərə Şıx, İçərişəhər, Nəriman Nərimanov, İzmir, 28 May, Gənclik, Ağ Şəhər, Səbriz və Koroğlu daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
WUF13 günlərində Bakıda 24 saatlıq nəqliyyat sistemi tətbiq olunacaq — Fins.az — Fins.az