
Vüsal Qasımlı: Bilgəh–Novxanı–Xırdalan yolu şəhər nəqliyyatını rahatlaşdıracaq
Hazırda ən ciddi yol infrastruktur layihələrindən biri Bilgəh–Novxanı–Xırdalan avtomobil yolu layihəsidir. Bu layihə həyata keçirildikdən sonra Sumqayıtdan gələn M1 avtomobil yolunda nəqliyyat sıxlığının azalacağı gözlənilir.
Fins.az-ın məlumatına görə, bu barədə AzTV-yə açıqlamasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.
Onun sözlərinə görə, Xırdalan ərazisinin M4 avtomobil yoluna bir neçə yeni çıxışla birləşdirilməsi nəzərdə tutulur. Bu isə xüsusilə “20 Yanvar” dairəsi ətrafında müşahidə olunan nəqliyyat sıxlığının əhəmiyyətli dərəcədə azalmasına səbəb olacaq.
Vüsal Qasımlı qeyd edib ki, layihə həm şəhər daxilində, həm də Bakı–Sumqayıt istiqamətində hərəkət edən nəqliyyat axınının daha səmərəli tənzimlənməsinə xidmət edəcək.
Onun fikrincə, Bilgəh–Novxanı–Xırdalan avtomobil yolu layihəsi paytaxtın yol infrastrukturunda strateji əhəmiyyət daşıyan təşəbbüslərdən biridir.