Videoqraf - VAKANSİYA

Videoqraf - VAKANSİYA

SOSİUM
105

Fins.az - Careers Consulting LLC vakansiya elan edir.


Əsas öhdəliklər:

  • Şirkətin restoran, təhsil və digər layihələri üzrə reklam, təqdimat və sosial media üçün video çəkilişlərinin həyata keçirilməsi;

  • Promo, Reels, TikTok, Story, corporate və event formatlarında kreativ video kontentlərin hazırlanması;

  • Food & beverage, lifestyle, event və atmosphere kontentlərinin çəkilməsi;

  • Çəkilmiş materialların montaj olunması və sosial media platformalarına uyğun formatlanması;

  • Adobe Premiere Pro, After Effects və digər proqramlar vasitəsilə montaj, rəng korreksiyası və post-prodakşn işlərinin aparılması;

  • Videolar üzərində keçidlər, musiqi, titrlər, effektlər, color correction və səs uyğunlaşdırılması işlərinin icrası;

  • Çəkiliş ssenarilərinin hazırlanması və yaradıcı kontent ideyalarının təklif olunması;

  • Foto çəkilişlərin həyata keçirilməsi və materialların arxivləşdirilməsi;

  • Instagram, TikTok və YouTube platformaları üçün optimallaşdırılmış kontentlərin hazırlanması;

  • Marketinq və SMM komandası ilə birlikdə kontent planlamasında iştirak;

  • Viral və trend kontent formatlarının araşdırılması və tətbiqi;

  • Mövsümi kampaniyalar, tədbirlər və xüsusi layihələr üçün kontent hazırlanması;

  • Çəkiliş avadanlıqlarından texniki qaydalara uyğun istifadə olunması;

  • Kontentlərin vaxtında təhvil verilməsinin təmin edilməsi.

Kvalifikasiya tələbləri:

  • İş təcrübəsi: Video çəkiliş və montaj sahəsində minimum 2 il;

  • (Restoran, hospitality, entertainment, retail və ya təhsil sahəsində təcrübə üstünlükdür)

  • Təhsil: Media, Kino/Video istehsalı, Dizayn, Marketinq və ya əlaqəli sahə üzrə təhsil üstünlükdür;

Tələb olunan bilik və bacarıqlar:

  • Adobe After Effects və digər montaj proqramları üzrə biliklər;

  • Professional video çəkilişi üzrə praktiki biliklər;

  • İşıqlandırma və audio istifadəsi üzrə biliklər;

  • Kadr quruluşu, kompozisiya və vizual estetika anlayışı;

  • Rəng korreksiyası və post-prodakşn üzrə biliklər;

  • Sosial media dinamikası və kontent trendləri üzrə biliklər;

  • Adobe Premiere Pro proqramında peşəkar səviyyədə işləmək bacarığı;

  • Reels, TikTok və YouTube Shorts formatlarında dinamik montaj bacarığı;

  • Storytelling və kreativ kontent hazırlamaq bacarığı;

  • Detallara diqqət və yaradıcı düşüncə;

  • Komanda ilə işləmək bacarığı;

  • Operativ işləmək və deadline-lara riayət etmək bacarığı;

  • Yeni texnologiya və trendlərə sürətli adaptasiya.

Təklif edirik:

  • Əmək haqqı: 1000–1500 AZN;

  • Satış hədəflərinə uyğun bonus sistemi;

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;

  • Müasir avadanlıq və texniki dəstək;

  • Stabil və yaradıcı iş mühiti;

  • Maraqlı layihələr və eventlər üzərində işləmək imkanı;

  • Peşəkar inkişaf və karyera yüksəlişi perspektivi;

  • Nahar şirkət tərəfindən təmin olunur.

Tələblərə cavab verən namizədlər CV-lərini və portfolio / iş nümunələrini mövzu hissəsində “Videoqraf” qeyd etməklə ([email protected]) elektron poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Videoqraf - VAKANSİYA — Fins.az — Fins.az