Vergi işləri üzrə şöbə müdiri - VAKANSİYA

Vergi işləri üzrə şöbə müdiri - VAKANSİYA

SOSİUM
212

Fins.az - Company vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Şirkətin fəaliyyətinə uyğun olaraq vergi strategiyasının formalaşdırmaq və həyata keçirmək, vergi risklərini idarə etmək;

  • Mövcud vergi qanunvericiliyi çərçivəsində Sadələşdirilmiş, Gəlir, ƏDV, ÖMV və Mənfəət bəyannamələrinin vaxtında, düzgün və tam şəkildə hazırlanaraq təqdim olunmasını təmin etmək;

  • Vergi orqanları və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların, yoxlamaların və məlumat mübadiləsini idarə etmək;

  • Debitor və kreditor borcları üzrə uçotun aparılması, qarşılıqlı üzləşmələrin təşkili və hesabatlılığın təmin etmək; 

  • Şirkətin müxtəlif bölmələrinə (mühasibatlıq, hüquq, əməliyyat və s.) vergi və fiskal mövzularda məsləhət və metodik dəstəyi göstərmək;

  • Vergi qanunvericiliyindəki dəyişikliklərini izləmək və bu dəyişikliklərin daxili proseslərə tətbiqi ilə bağlı təklifləri hazırlamaq;

  • Vergi hesabatları və sənədlərin audit yoxlamalarına hazırlığı və nəzarəti, uyğunluq risklərini minimuma endirmək

  • ƏDV, mənfəət vergisi və digər vergi öhdəliklərinin düzgün hesablanmasına və icrasına nəzarət etmək

  • Kameral və səyyar vergi yoxlamaları zamanı şirkəti təmsil etmək, müvafiq izahatları hazırlamaq

  • Bank əməliyyatlarına, ödəniş tapşırıqlarına və pul vəsaitlərinin hərəkətinə nəzarət etmək

  • Əmək haqqının hesablanmasına, vergi və sosial ödənişlərin düzgün tətbiqinə nəzarət etmək

Tələblər: 

  • Təhsil: Ali (maliyyə, mühasibatlıq və ya əlaqəli sahə üzrə);

  • Təcrübə: Müvafiq sahədə ən azı 3-5 il iş təcrübəsi;

  • Sertifikat: PMS – Orta və iri sahibkarlıq fəaliyyəti üzrə sertifikat arzuolunandır;

  • Vergi, gömrük, mülki və əlaqəli qanunvericilik üzrə biliklər;

  • Yüksək səviyyədə analitik düşüncə və təhlil bacarığı;

  • Detallara diqqət, dəqiqlik, məsuliyyətlilik və peşəkar etibarlılıq

Digər məlumatlar:

  • Əmək bazarına uyğun rəqabət qabiliyyətli əmək haqqı

  • Nahar ilə təminat

  • Könüllü tibbi sığorta paketi

  • Korporativ mobil nömrə və aylıq danışıq limiti

Maraqlanan namizədlər öz CV- lərini elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Vergi işləri üzrə şöbə müdiri - VAKANSİYA — Fins.az — Fins.az