VAKANSİYA - Tibb bacısı

VAKANSİYA - Tibb bacısı

SOSİUM
227

Fins.az - Deri Kani Clinic MMC vakansiya elan edir.

Tələblər

  • Staj: müvafiq sahə üzrə 1-3 il

  • Yaş: 30 yaşdan 50 yaşadək

İş barədə məlumat:

  • Orta tibb təhsili (tibb kollecini bitirmiş olmaq);

  • Sertifikasiyadan keçmiş namizəd

  • Laboratoriya tədqiqatları üçün bioloji materialların götürülməsini həyata keçirir.

  • Klinikada xəstələrə qulluğu həyata keçirir

  • Tibbi alətlərin, sarğı materiallarının və xəstələrə qulluq predmetlərinin sterilizasiyasını həyata keçirir.

  • Həkimə tibbi yardım zamanı assistentlik edir.

  • Pasiyentlərin müxtəlif növ prosedurlara, həkimin ambulator qəbuluna hazırlanmasını aparır.

  • Həkim təyinatının yerinə yetirilməsinin təmin edir.

  • Dərman vasitələrinin və etil spirtinin qeydiyyatını, saxlanılmasını, istifadəsini həyat keçirir.

  • Xidmət göstərilən əhalinin fərdi qeydiyyatını, sağlamlıq vəziyyəti barədə məlumatların informasiya (kompüter) bazasını aparır.

  • Kiçik tibb heyətinin fəaliyyətinə rəhbərlik edir.

  • Tibbi sənədləşdirməni aparır.

  • Xəstələr və onların qohumları arasında sağlamlığın möhkəmləndirilməsi və xəstəliklərin profilaktikası, sağlam həyat tərzinin təbliği üzrə sanitar-maarifləndirmə işini aparır.

  • Tibbi tullantıların toplanılması və istifadə edilməsini həyata keçirir.

  • Sanitariya-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alət və materialların sterilizasiya şərtlərinə, inyeksiyadan sonrakı fəsadların, hepatitin, İİV infeksiyasının qarşısının alınmasına riayət edilməsi üzrə tədbirləri həyata keçirir.

  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi sahə üzrə təkmilləşdirmə kurslarında iştirak edir.

İş şərtləri:

  • İş qrafiki: Həftənin 2 günü (09:00-21:00) növbəli iş rejimi

  • Əmək haqqı: 400 AZN

  • Ərazi: Bakı

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini “Tibb bacısı” qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - Tibb bacısı — Fins.az — Fins.az