
VAKANSİYA - Təqib departamentinin rəhbəri
Fins.az - Kollekta MMC Rəhbər axtarışındadır.
Vəzifə öhdəlikləri:
Təqib departamentinin fəaliyyətinə ümumi rəhbərliyi həyata keçirmək, strateji və əməliyyat planlarının hazırlanmasını və icrasını təmin etmək;
Problemli kredit portfelinin effektiv idarə olunmasını, gecikmiş borcların minimuma endirilməsini və yığım göstəricilərinin artırılmasını təmin etmək;
Departament üzrə aylıq, rüblük və illik hədəfləri müəyyən etmək, KPI sistemini formalaşdırmaq və icrasına nəzarət etmək;
Borc yığım strategiyalarını hazırlamaq, təhlillər aparmaq və biznes nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni həllər tətbiq etmək;
Təqib proseslərinin qanunvericiliyə, daxili normativ sənədlərə və etik prinsiplərə uyğun təşkil olunmasını təmin etmək;
Portfel üzrə analitik təhlillər aparmaq, gecikmələrin səbəblərini müəyyənləşdirmək və risklərin azaldılması üçün tədbirlər planı hazırlamaq;
Departament rəhbərlərinin fəaliyyətini koordinasiya etmək, onların inkişafı, performansının qiymətləndirilməsi və motivasiya sisteminin tətbiqini təmin etmək;
İcra, məhkəmə, hüquq-mühafizə və digər dövlət orqanları ilə yüksək səviyyəli əməkdaşlıq münasibətlərini qurmaq və inkişaf etdirmək;
Borc yığım proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması və optimallaşdırılması üzrə layihələrə rəhbərlik etmək;
Departamentin büdcəsini planlaşdırmaq, resurslardan səmərəli istifadəni təmin etmək və fəaliyyətin maliyyə göstəricilərinə nəzarət etmək;
Təşkilat rəhbərliyi üçün müntəzəm idarəetmə hesabatları, təqdimatlar və analitik məlumatlar hazırlamaq.
Tələblər:
Ali təhsil (Hüquq, Maliyyə, İqtisadiyyat və ya əlaqəli ixtisaslar);
Problemli kreditlər, məhkəmə və icra sahəsində minimum 5-7 il, rəhbər vəzifədə isə minimum 3 il iş təcrübəsi;
Mülki Prosessual Məcəllə və digər aidiyyəti normativ hüquqi aktlar üzrə dərin biliklər;
Analitik düşünmə, komandanın idarə olunması və qərarvermə bacarıqları;
Yüksək səviyyədə danışıqlar aparmaq və təqdimat bacarığı;
MS Office proqramlarında sərbəst işləmək;
Azərbaycan dilini mükəmməl bilmək, rus dili biliyi üstünlükdür;
Sürücülük vəsiqəsinin olması üstünlükdür.
İş barədə məlumat:
Əmək haqqı: 1500 AZN net + bonus sistemi (ümumi gəlir 4000 AZN+)
İş yeri: Bakı şəhəri, Nərimanov rayonu;
Komfortlu ofis şəraiti və peşəkar komanda;
5 günlük iş qrafiki: Bazar ertəsi – Cümə, 10:00–19:00.
CV-lərinizi “Təqib departamentinin rəhbəri” başlığı altında [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Qeyd: Növbəti mərhələ üçün yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlər ilə əlaqə saxlanılır