VAKANSİYA - SƏTƏM üzrə bölmə müdiri
Fins.az - ATS Food vakansiya elan edir.
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təklifləri rəhbərliyə bildirmək;
İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak etmək;
Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
Şirkətə işə qəbul olan işçilərə ƏMTT üzrə giriş təlimatı keçmək;
Fəhlə və qulluqçuların əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında nəzarəti həyata keçirmək və ƏMTT üzrə cavabdeh şəxsərdən işçilərin biliklərinin yoxlamasının keçirilməsini, təkrar təlimatlandırmaların aparılmasını tələb etmək;
Xidmətlərə, şöbələrə ƏMTT üzrə təlimatların işlənib hazırlanmasında metodik vasitə ilə kömək etmək;
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
ƏMTT mühəndisinin işdə olmadığı hallarda nəzarətin rəhbərliyin əmri ilə təyin edilmiş ƏMTT və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək;
İnnovativ təmir və idarəetmə metodlarını tətbiq etmək;
İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;
Fövqəladə hal təlimlərinin təşkil olunması prosesi və fövqəladə halların idarə olunması prosesində iştirak etmək;
İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesi və proseslərin təhlükəsizliyinin dövri təhlili prosesində iştirak etmək;
Proseslərin təhlükəsizliyinin dövri təhlili və ilkin yanğınsöndürmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək;
Təhlükə potensiallı obyektlərin müəyyənləşdirilməsi və təhlükəsiz istisamarına nəzarət prosesində və SƏTƏM üzrə dövri tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarət prosesində iştirak etmək;
Dövri SƏTƏM hesabatlarının təqdim olunması prosesində iştirak etmək;
İş yerlərinin əmək şəraitinə görə attestasiya edilməsi prosesində iştirak etmək;
Mövsümə uyğun olaraq işçilərin iş geyimləri ilə təminatı və təhlükəli vəziyyət və fəaliyyət üzrə hesabatların verilməsi prosesində iştirak etmək;
Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak.
Namizədə aid tələblər:
Ali təhsil (Texniki sahə üzrə)
İstehsalat müəssisəsində min 3-5 il təcrübə mütləqdir
Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)
Microsoft Office proqramı üzrə biliklər
Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı
İş qrafiki:
5 günlük iş qrafiki;
İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
Nahar
Servis
Könüllü tibbi sığorta
Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM üzrə bölmə müdiri” başlığı ilə [email protected] elektron poçt ünvanına göndərə bilərlər