
VAKANSİYA - İşə qəbul üzrə mütəxəssis
Fins.az - Superfon vakansiya elan edir.
Vəzifənin məqsədi:
Şirkətin əməkdaş ehtiyaclarına uyğun olaraq vakansiyaların vaxtında və keyfiyyətli şəkildə bağlanmasını təmin etmək, namizədlərin axtarışı, seçimi və qiymətləndirilməsi proseslərini həyata keçirmək, işə qəbul prosesinin effektivliyini artırmaq.
Vəzifə öhdəlikləri:
Şirkətin struktur bölmələri üzrə işçi ehtiyaclarını analiz etmək;
Vakansiya tələblərini rəhbərlərdən qəbul etmək və dəqiqləşdirmək;
Vəzifə təlimatları və namizəd profillərinin hazırlanmasında iştirak etmək;
Vakansiyaları uyğun platformalarda yerləşdirmək;
Vakansiyaların aktivliyinə və namizəd axınına nəzarət etmək;
Müxtəlif mənbələrdən namizədlərin axtarışını həyata keçirmək;
CV-ləri analiz etmək və ilkin seçim aparmaq;
Müsahibə proseslərini təşkil etmək və koordinasiya etmək.
Vakansiyaların bağlanma müddətini izləmək;
Namizəd mənbələrinin effektivliyini analiz etmək;
İşə qəbul göstəriciləri üzrə hesabatlar və statistikalarını hazırlamaq;
Tələblər:
Ali təhsil (İnsan resurslarının idarə edilməsi, Psixologiya, İqtisadiyyat, Menecment və ya əlaqəli sahələr).
İşə qəbul üzrə minimum 1-3 il iş təcrübəsi;
Pərakəndə satış, distribusiya və ya çoxsaylı işçi heyəti olan şirkətlərdə təcrübə üstünlükdür;
İşə qəbul prosesləri və metodlarını bilmək;
Əmək bazarını və vakansiya yerləşdirmə kanallarını tanımaq.
Təminatlar:
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
Karyera yüksəlişi imkanı;
Korporativ mobil nömrə;
Maraqlanan namizədlər cv-lərini mövzu hissəsində “İşə qəbul üzrə mütəxəssis” [email protected] elektron poçt ünvanına göndərərək müraciət edə bilərlər.