VAKANSİYA - Logistika Mütəxəssisi
Fins.az - MG Transport vakansiya elan edir.
Vəzifələr:
Beynəlxalq logistika proseslərinin idarə olunması;
İdxal-ixrac və gömrük sənədlərinin hazırlanması;
Daşıma, saxlama və paylama proseslərinin koordinasiyası;
Müştərilər, təchizatçılar və daşıyıcılarla effektiv əməkdaşlıq;
Logistika proseslərinin təhlili və optimallaşdırılması.
Tələblər:
Ali təhsil (Logistika, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür);
Beynəlxalq logistika və gömrük sahəsində minimum 3 il iş təcrübəsi;
Xarici dil bilikləri üstünlükdür;
Analitik düşünmə və problem həll etmə bacarığı;
Yaxşı ünsiyyət və danışıqlar aparmaq bacarığı;
MS Office proqramlarında işləmək bacarığı.
İş şəraiti:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
5 günlük iş həftəsi;
İş yeri: Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə 2
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində "Logistika Mütəxəssisi" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərə bilərlər.