VAKANSİYA - İnsan Resursları üzrə Direktor

VAKANSİYA - İnsan Resursları üzrə Direktor

SOSİUM
186

Fins.az - Abu-life Group Komandasına peşəkar, strateji düşüncə tərzinə malik və nəticəyönümlü İnsan Resursları üzrə Direktor axtarırıq.

Vəzifə öhdəlikləri

  • Şirkətin HR strategiyasının hazırlanması və həyata keçirilməsi.

  • İşə qəbul, adaptasiya və kadr planlaşdırılması proseslərinin idarə edilməsi.

  • Performansın qiymətləndirilməsi, təlim və inkişaf proqramlarının təşkili.

  • Əməkdaşların motivasiyası və korporativ mədəniyyətin inkişaf etdirilməsi.

  • HR göstəricilərinin təhlili, hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

  • Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinə və HR proseslərinə nəzarət.

Tələblər

  • İnsan Resursları sahəsində minimum 5 il, rəhbər vəzifədə isə ən azı 3 il iş təcrübəsi.

  • Ali təhsil (İnsan Resursları, Biznesin İdarə Edilməsi, Menecment və ya əlaqəli sahələr üzrə üstünlükdür).

  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini yaxşı bilmək.

  • İşə qəbul, performans idarəetməsi, təlim və inkişaf sahələrində praktiki təcrübə.

  • Liderlik, ünsiyyət, təşkilatçılıq və analitik düşünmə bacarıqları.

  • Azərbaycan dilini sərbəst, rus və ingilis dillərini bilmək üstünlükdür.

İş şəraiti

  • İş yeri: Arena Plaza

  • İş saatı: 6 günlük

  • Rəqabətqabiliyyətli əməkhaqqı (müsahibə əsasında müəyyən edilir).

  • Dinamik və peşəkar iş mühiti.

Uyğun namizədlərdən CV-ni [email protected] elektron poçt ünvanına vakansiya adını qeyd edərək göndərmələri xahiş edilir

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - İnsan Resursları üzrə Direktor — Fins.az — Fins.az