VAKANSİYA - İT dəstək və xidmətlər sektoru, baş məsləhətçi

VAKANSİYA - İT dəstək və xidmətlər sektoru, baş məsləhətçi

SOSİUM
117

Fins.az - İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi vakansiya elan edir.


İş şəraiti

  • Qurum: İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu

  • İş yeri: Bakı şəhəri

  • İş rejimi: Tam iş günü, 5 günlük iş həftəsi

Vəzifə öhdəlikləri:

  • Server və şəbəkə infrastrukturunun fasiləsiz fəaliyyətini təmin etmək;Windows Server mühitini, Active Directory, DNS, DHCP və Group Policy xidmətlərini idarə etmək;

  • İstifadəçi hesablarını, giriş səlahiyyətlərini və domen siyasətlərini idarə etmək;

  • Fiziki və virtual serverlərin gündəlik inzibatçılığını həyata keçirmək;

  • Switch, router, firewall və simsiz şəbəkə avadanlıqlarını quraşdırmaq, sazlamaq və idarə etmək;

  • LAN, WAN, VLAN və VPN şəbəkələrinin qurulmasını, monitorinqini və optimallaşdırılmasını təmin etmək;

  • Server, şəbəkə və digər kritik İT sistemlərinin monitorinqini həyata keçirmək;

  • Ehtiyat nüsxələmə (Backup) və məlumatların bərpası (Restore) proseslərini təşkil etmək və icra etmək

  • Server və işçi kompüterlərdə təhlükəsizlik yeniləmələrinin (Security Patch) vaxtında tətbiqini təmin etmək;

  • Antivirus və Endpoint Protection həllərinin idarə olunmasını həyata keçirmək;

  • İstifadəçi giriş hüquqlarını və sistem resurslarına çıxış səlahiyyətlərini idarə etmək;

  • İnformasiya təhlükəsizliyi insidentlərinin aradan qaldırılmasında texniki səviyyədə iştirak etmək;

  • Yeni İT avadanlıqlarının və infrastruktur həllərinin tətbiqi, test edilməsi və istismara verilməsində iştirak etmək;

  • İT infrastrukturuna aid texniki sənədlərin, şəbəkə sxemlərinin və konfiqurasiya məlumatlarının aktuallığını təmin etmək.

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə minimum 2 il təcrübə;

  • Windows Server əməliyyat sistemləri ilə iş bacarığı;

  • Active Directory, DNS, DHCP və Group Policy;

  • Microsoft Windows əməliyyat sistemləri ilə iş bacarığı;

  • VMware, Hyper-V və ya digər virtualizasiya platformalarında iş bacarığı;

  • TCP/IP, LAN, WAN, VLAN və VPN texnologiyaları üzrə bilik və bacarıqlar;

  • Fortinet, MikroTik və ya analoji şəbəkə avadanlıqları ilə iş bacarığı;

  • Firewall avadanlıqları və şəbəkə təhlükəsizliyinin əsas prinsipləri üzrə bilikləro;

  • Backup və Restore həlləri üzrə biliklər;

  • Antivirus və Endpoint Protection sistemləri ilə iş bacarığı;

  • Videomüşahidə (CCTV) sistemləri ilə iş bacarığı;

  • Strukturlaşdırılmış kabel sistemləri ilə iş bacarığı;

  • IP telefonlar və digər periferiya avadanlıqları ilə iş bacarığı;

  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.

Namizədlər CV-lərini  [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “İnformasiya texnologiyaları-baş məsləhətçi” qeyd olunması xahiş olunur.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - İT dəstək və xidmətlər sektoru, baş məsləhətçi — Fins.az — Fins.az