
VAKANSİYA - Borcların yığılması üzrə mütəxəssis
Fins.az - 189 Taxi vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
Ödənişlərini gecikdirən və ya borcu olan sürücülərlə əlaqə saxlamaq;
Borcların vaxtında yığılmasını təmin etmək;
Borclu sürücülərlə görüşlər keçirmək və effektiv danışıqlar aparmaq;
Borcların ödənilməsi prosesinə nəzarət etmək;
Problemli halların araşdırılmasında və həllində iştirak etmək;
Görülən işlər barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Namizədə tələblər:
Kişi namizədlər;
Yaş: 28–45;
Güclü ünsiyyət və inandırma bacarığı;
Məsuliyyətli, intizamlı və prinsipial olmaq;
Stressə davamlı olmaq və konfliktli situasiyaları idarə etmək bacarığı;
Qətiyyətli xarakterə və operativ qərarvermə qabiliyyətinə malik olmaq;
Təmsilçilik qabiliyyəti, səliqəli və özünəinamlı xarici görünüş;
Fiziki cəhətdən sağlam və aktiv olmaq;
Borcların yığılması, satış, təhlükəsizlik sahəsində iş təcrübəsi vacibdir
İş şəraiti:
İş qrafiki: 5 günlük, 09:00 – 18:00;
Əmək haqqı: sabit əmək haqqı + bonus sistemi (müsahibə əsasında müəyyən edilir);
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Borcların yığılması üzrə mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur.