VAKANSİYA - İT Biznes Analitik

VAKANSİYA - İT Biznes Analitik

SOSİUM
99

Fins.az - AYES vakansiya elan edir.

Vəzifə öhdəlikləri

  • Software layihələri çərçivəsində maraqlı tərəflərlə görüşlərin təşkili, iş sahəsinin öyrənilməsi və tələblərin dəqiqləşdirilməsi

  • Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müəyyən edilməsi və tərəflərlə razılaşdırılması

  • İT biznes proseslərinin diaqram və sxemlər əsasında vizual təsviri (BPMN əsasında proses diaqramları, Use Case-lərin hazırlanması)

  • Toplanmış və təhlil edilmiş məlumat əsasında İT həllərin işlənib hazırlanması

  • Müxtəlif növ hesabat və dashboard-ların hazırlanması

  • Biznes tələbləri əsasında texniki tapşırıqların (TT) hazırlanması

  • Tələblərin prioritetləşdirilməsi, "tapşırıqlar hovuzu"nun formalaşdırılması, ilkin icra planının hazırlanması və deadline-ların müəyyən edilməsi

  • Proqramçılar, layihə menecerləri və digər əlaqədar şəxslərlə əməkdaşlıq edərək layihələrin düzgün həyata keçirilməsini təmin etmək

  • Hazırlanan səhifə və funksionallıqların ilkin qəbul testlərinin aparılması

  • Layihənin keyfiyyətinə, zamanına və büdcəsinə nəzarət prosesində iştirak etmək

  • İT komanda və istifadəçilər üçün təlimlərin keçirilməsi və təqdimatların hazırlanması

Əsas tələblər

  • Kompüter elmləri, İnformasiya Texnologiyaları və ya əlaqəli sahələrdə bakalavr və ya magistr dərəcəsi

  • Proqram təminatı layihələrində minimum 1 il İT Biznes Analitik və ya Məhsul Sahibi kimi iş təcrübəsi

  • Task management alətləri ilə iş təcrübəsi

  • AGILE, SCRUM bilikləri və komanda ilə iş təcrübəsi

  • MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyədə Excel biliyi üstünlükdür)

  • Orta səviyyə UI/UX bilikləri

  • Texniki tapşırıq (TT) və proses modelləri (BPMN) hazırlamaq bacarığı

  • Yüksək analitik təhlil və doğru tələb formalaşdırma bacarığı

  • Operativ qərarvermə bacarığı və punktuallıq

  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı

  • Orta səviyyə API və SQL (PostgreSQL) bilikləri

  • Dil bilikləri: Azərbaycan dili (əla), İngilis dili (texniki sənədləri anlamaq və ünsiyyət üçün kifayət edəcək səviyyədə), Rus dili (arzuolunandır)

  • Yaxşı səviyyədə təşkilatçılıq və kommunikasiya bacarıqları

İş şərtləri

  • İş qrafiki: B.e.–Cümə, 09:00–17:00

  • Əmək müqaviləsi: Rəsmi

  • Əmək haqqı: Müsahibə zamanı təyin ediləcək

Biz nə təklif edirik?

  • İT Biznes Analitik üçün mentorluq və inkişaf planı

  • Real layihələr üzərində işləmək imkanı

  • Mehriban və peşəkar komanda

  • Karyera inkişaf perspektivi (Junior → Middle → Senior)

Müraciət et: https://docs.google.com/forms/d/e/1FAIpQLSeCIncc8jpeijDiIC1dvr4dTDrAx-gPX8qyAA1M4iucXs1pNw/viewform

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
VAKANSİYA - İT Biznes Analitik — Fins.az