
VAKANSİYA - Baş aşpaz
Fins.az - TAİS İKF satış obyektləri üzrə komandamıza peşəkar və nəticəyönümlü “Baş aşpaz” axtarırıq.
Vəzifə öhdəlikləri:
Mətbəxin gündəlik fəaliyyətini təşkil etmək və bütün istehsal prosesinə rəhbərlik etmək
Müəssisənin menyusuna uyğun olaraq yeməklərin hazırlanması prosesinə nəzarət etmək
Hazırlanan yeməklərin keyfiyyətini, dadını, görünüşünü və təqdimat standartlarını təmin etmək
İstehsal planına uyğun olaraq iş bölgüsünü aparmaq və mətbəx heyətinin fəaliyyətini koordinasiya etmək
Xammalın qəbulunu, keyfiyyətini və düzgün saxlanmasını nəzarətdə saxlamaq
Xammal və hazır məhsulların istifadəsinə, məhsul itkisinin və tullantıların minimuma endirilməsinə nəzarət etmək
Məhsulların resepturalara və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək
Sanitariya, gigiyena və qida təhlükəsizliyi qaydalarının tam şəkildə icrasını təmin etmək
Mətbəx avadanlıqlarının düzgün istifadəsinə nəzarət etmək, nasazlıqlar barədə rəhbərliyi vaxtında məlumatlandırmaq
Xammal, yarımfabrikat və digər ehtiyatların səmərəli istifadəsini təmin etmək
Mətbəx əməkdaşlarının işə davamiyyətinə, əmək intizamına və iş keyfiyyətinə nəzarət etmək
Yeni əməkdaşların iş prosesinə uyğun təlimatlandırılmasını və peşəkar inkişafını təşkil etmək
Mətbəxin təmizliyinə, inventarların sanitariya qaydalarına uyğun saxlanılmasına və istehsal sahəsinin səliqəsinə nəzarət etmək
Gündəlik istehsal və məhsul sərfiyyatı üzrə hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
Təchizat, Anbar və digər aidiyyəti şöbələrlə operativ əməkdaşlığı təmin etmək
Menyunun hazırlanması, yenilənməsi və yeni yeməklərin hazırlanması ilə bağlı təkliflər vermək
Müştəri məmnuniyyətinin artırılması məqsədilə yeməklərin keyfiyyətini daim təhlil etmək və təkmilləşdirmək
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və daxili intizam qaydalarına riayət olunmasını təmin etmək
Müəssisə rəhbərliyinin verdiyi digər xidməti tapşırıqları vaxtında və düzgün yerinə yetirmək
Namizədə tələblər:
Aşpazlıq, qida texnologiyası və ya müvafiq sahə üzrə ali və ya peşə təhsili
Müvafiq vəzifədə 3–5 il iş təcrübəsi
Menyu hazırlanması, reseptlərin tərtibi bacarığı
Mətbəx heyətini idarəetmə, iş bölgüsü aparma və komandaya rəhbərlik etmə bacarığı
Xammalın, məhsul sərfiyyatının və istehsal prosesinin effektiv idarə olunması bacarığı
Operativ qərarvermə, məsuliyyətlilik və yüksək təşkilatçılıq bacarığı
Dəqiqlik, məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlü iş prinsiplərinə malik olmaq
İş şəraiti:
İş qrafiki: 6 günlük iş rejimi (şənbə qısa iş günüdür)
Əmək haqqı: Minimum 2000 Azn ( yekun olaraq namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə əsasında müəyyən ediləcəkdir)
İş yeri: TAİS - İKF MMC
Biz təklif edirik:
Dinamik və inkişaf yönümlü iş mühiti
Böyüyən şəbəkədə karyera imkanları
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.