
VAKANSİYA - Aparıcı Mütəxəssis \ Maliyyə Planlama və Büdcə
Fins.az - Baku Steel Company CJSC vakansiya elan edir.
Müəssisənin büdcə planlaşdırılmasını həyata keçirtmək, büdcənin icrasına nəzarət etmək, maliyyə analizi aparmaq və nəticələr əsasında rəhbərliyə analitik hesabatlar təqdim etmək.
Vəzifə öhdəlikləri
Müəssisənin illik büdcə planlarının, balans, mənfəət və zərər, nağd pulun hərəkəti proqnozlarının hazırlanması;
Müvafiq struktur bölmələrin büdcə planlamasında iştirakı və koordinasiyanı təmin edilməsi;
Struktur bölmələrin təqdim etdiyi büdcə layihələrinin təhlili;
Büdcənin icrasina mütəmadi nəzarətin həyata keçirilməsi və icra vəziyyətinə dair hesabatların hazırlanmasına fəal iştirak;
Kənarlaşmalar barədə müvafiq struktur bölmələrinin xəbərdar edilməsi və büdcəyə düzəlişlərin həyata keçirilməsi;
Tələblər
Təhsil: Ali (Maliyyə, iqtisadiyyat və ya oxşar sahə);
Təcrübə: Maliyyə üzrə minimum 2 il iş tərübəsi;
Xarici dil bilikləri: İngilis dili və rus dili biliyi arzuolunandır.
Kompüter bilikləri: ERP sistemlərində (xüsusilə SAP FM modulu) işləmək bacarığı və yüksək səviyyədə Excel bilikləri;
SAP FM modulu üzrə bilikləri olanlara üstünlük veriləcəkdir;
ACCA, CIMA, CPA və ya bunlara ekvivalent olan beynəlxalq sertifikatlar arzu olunandır;
Büdcə hazırlanması, təhlili və izlənməsini;
Vakansiya növü - Tam ştat
İmtiyazlar
Nahar təminatı
Rəqabətli əmək haqqı;