İT üzrə mütəxəssis - VAKANSİYA

İT üzrə mütəxəssis - VAKANSİYA

SOSİUM
360

Fins.az - Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və İT üzrə mütəxəssis vakansiyasını paylaşır.

İş şəraiti: 

  • Məkan: Xankəndi şəhəri

  • İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)

Tələblər:

  • İT və ya müvafiq texniki sahə üzrə ali təhsil

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi

  • Azərbaycan dilini səlis, İngilis dilini isə yaxşı səviyyədə bilmək

  • CompTIA A+, Microsoft MCSA / MD-100, ITIL Foundation və ya oxşar İT sertifikatlarına sahib olmaq

  • İT avadanlıqlarında ilkin diaqnostika və nasazlıqların aradan qaldırılması bacarığı

  • Remote support alətləri (TeamViewer, AnyDesk və s.) ilə işləmək bacarığı

  • Microsoft 365 (Teams, Outlook, SharePoint) platformasının idarə edilməsi üzrə biliklər

  • Şəbəkə əsasları üzrə biliklər (TCP/IP, DNS, DHCP, VPN, Wi-Fi)

  • Active Directory üzərində istifadəçi hesablarının yaradılması və idarə edilməsi bacarığı

  • Texniki problemləri operativ və müstəqil şəkildə həll etmək bacarığı

  • Analitik düşünmə və məsuliyyətli yanaşma

Öhdəliklər:

  • İT sahəsi üzrə gündəlik texniki dəstək xidmətlərini müstəqil şəkildə həyata keçirmək

  • Kompüter avadanlıqları, şəbəkə və proqram təminatının fasiləsiz işləməsinə nəzarət etmək

  • İT infrastrukturun düzgün və təhlükəsiz fəaliyyətini təmin etmək

  • Sistemlərin quraşdırılması, yenilənməsi və texniki baxışını yerinə yetirmək

  • İstifadəçilərə texniki dəstək göstərmək və yaranan problemləri operativ şəkildə həll etmək

  • Proqram təminatının düzgün işləməsinə nəzarət etmək və nasazlıqları aradan qaldırmaq

  • Şəbəkə və serverlərin stabil fəaliyyətini təmin etmək

  • İnformasiya təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək

  • Məlumatların ehtiyat nüsxələrinin (backup) hazırlanmasını və qorunmasını həyata keçirmək

  • İT avadanlıqlarının qeydiyyatını və texniki vəziyyətinə nəzarəti aparmaq

  • İstifadəçilərin sistem və proqramlardan düzgün istifadəsi üzrə dəstək göstərmək

  • Fövqəladə texniki problemlərə operativ müdaxilə etmək

  • Rəhbərliyə İT sistemlərin vəziyyəti barədə məlumat vermək və hesabat hazırlamaq

  • Avadanlıq və proqram təminatının təhlükəsiz istismar qaydalarına riayət olunmasını təmin etmək

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı

  • Məktəbin yeməkxanasında nahar imkanı

  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, qeyd olunan elektron poçt ([email protected]) ünvanına CV formalarını “İT üzrə mütəxəssis, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
İT üzrə mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az