ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verdi

ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verdi

SOSİUM
655

“PROACT-Care” layihəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Şamaxının Dəmirçi kəndində TƏBİB-ə 3 mobil klinika və yüksək keçid qabiliyyətinə malik 2 avtomobil təhvil verib.

Açılış mərasimində ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı, TƏBİB sədri Ramin Bayramlı, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger iştirak ediblər.

Belə ki, mobil klinika sayəsində rayonda qeyri-infeksion xəstəliklərin gecikdirilmədən diaqnostikası və müayinəsi, həmçinin infeksion xəstəliklərin profilaktikası və müayinəsi mümkün olacaq.

Mobil klinikadan eyni zamanda Şamaxıda COVID-19-a qarşı mübarizə prosesində də istifadə olunacağı diqqətə çatdırılıb. Layihə USAID, UKAID və UHC-nin maliyyə dəstəyi ilə həyata keçirilib.

“PROACT-Care” layihəsinin icrasında ÜST-ün Azərbaycanda ofisinə TƏBİB, Şamaxı rayonu İcra Hakimiyyəti, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Agentliyi, Heydər Əliyev Fondu və UNICEF dəstək verib.

Yaxın gələcəkdə layihənin ölkənin digər rayonlarına da genişləndirilməsi planlaşdırılıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ÜST Şamaxıda TƏBİB-ə 3 mobil klinika təhvil verdi — Fins.az — Fins.az