ÜST: Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb

ÜST: Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb

SOSİUM
1,990

Dünyada koronavirusa yoluxanların sayında kəskin artım müşahidə olunur.

Fins. az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

Onun sözlərinə görə, son iki həftə ərzində COVID-19-a yoluxma halları təxminən 30 faiz artıb.

O qeyd edib ki, bu, koronavirus infeksiyasının omikron ştamının mövcud altnövlərinin yayılması ilə bağlıdır. Eyni zamanda, bu variantın yeni altnövləri də aşkarlanır.

“Avropa və Amerikada əksər hallarda omikron ştammının BA.4 və BA.5 subvariantlarına rast gəlinir”,- deyə Qebreyesus bildirib.

ÜST rəhbəri əlavə edib ki, Hindistanda omikronun daha bir alt növü olan BA.2.75 müəyyən edilib. Hazırda monitorinq aparılır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
ÜST: Dünyada koronavirusa yoluxanların sayı kəskin artıb — Fins.az — Fins.az