
Turizm üzrə Menecer vakansiyası
Turizm üzrə Menecer
Turizm sahəsində fəaliyyət göstərən şirkət üçün təcrübəli və məsuliyyətli Turizm üzrə Menecer axtarılır.
Vəzifə öhdəlikləri:
- Tur proqramlarının hazırlanması, təşkili və koordinasiyası;
- Gündəlik turların və qrup səfərlərinin idarə olunması;
- Bələdçilərin işinə nəzarət və fəaliyyətinin koordinasiyası;
- Tur iştirakçılarının məmnuniyyətinin təmin edilməsi;
- Tur zamanı yaranan operativ məsələlərin həlli;
- Komanda üzvlərinin iş prosesinin idarə olunması;
- Müştərilərlə və tərəfdaşlarla peşəkar ünsiyyətin qurulması;
- Hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Turizm sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
- Liderlik və idarəetmə bacarıqları;
- Yüksək təşkilatçılıq və məsuliyyət hissi;
- Operativ qərarvermə və problemlərin həlli bacarığı;
- MS Office proqramlarında işləmək bacarığı;
- Ezamiyyətlərə və qeyri-standart iş qrafikinə hazır olmaq.
İş şəraiti:
- İş qrafiki: 09:00–19:00;
- Əmək haqqı: 1000 AZN;
- Karyera yüksəlişi imkanı;
- Mehriban və peşəkar kollektiv.
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Daha ətraflı məlumat üçün LİNKƏ DAXİL OLUN.
