Tikintidə Keyfiyyət üzrə mühəndis - VAKANSİYA

Tikintidə Keyfiyyət üzrə mühəndis - VAKANSİYA

SOSİUM
192

Fins.az - IRES Tikintidə keyfiyyət standartlarına müstəqil şəkildə nəzarət edə biləcək, həmçinin texniki və QA/QC (Keyfiyyətin təminatı və Keyfiyyətə nəzarət) tələblərinə uyğunluğu təmin edəcək, hündürmərtəbəli binaların tikintisi layihələrində təcrübəyə malik mühəndis axtarırıq.

Əsas Öhdəliklər:

  • Tikinti sahəsindəki işlərin keyfiyyətinə nəzarət (QC) fəaliyyətlərini idarə etmək;

  • Tikinti işlərinin təsdiq edilmiş mühəndislik çertyojlarına, spesifikasiyalara (texniki şərtlərə) və metodologiyalara uyğunluğu təmin etmək;

  • Texniki kənaşmaları və keyfiyyətlə bağlı riskləri müəyyən etmək;

  • Təftişlər (yoxlamalar) keçirmək və düzəldici tədbirlərin icrasına nəzarət etmək;

  • Texniki rəylər və hesabat sənədləri hazırlamaq;

  • İcra olunan tikinti quraşdırma işlərinin yoxlanması və təhvil-təslim proseslərində iştirak etmək.

Tələblər:

  • Mühəndislik sahəsində ali təhsil (inşaat təhsili arzuolunandır);

  • Hündürmərtəbəli binaların tikintisi layihələrində minimum 3–5 il iş təcrübəsi;

  • QA/QC prosedurları və tikinti standartları barədə biliklər;

  • Yaşayış və ya kommersiya obyektlərinin tikintisi layihələrində təcrübə

  • Sahədə tikintinin icrasına nəzarət etmək bacarığı

  • Güclü texniki düşüncə tərzi, detallara qarşı diqqətlilik və müstəqil işləmək bacarığı.

  • Rus və ingilis dili biliyi arzuolunandır, lakin mütləq deyil (üstünlükdür)

İş yeri: Bakı

Maraqlanan namizədlər öz CV-lərini elektron ([email protected]) poçt ünvanına göndərə bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tikintidə Keyfiyyət üzrə mühəndis - VAKANSİYA — Fins.az — Fins.az