Tikinti xərcləri üzrə baş nəzarətçi - VAKANSİYA

Tikinti xərcləri üzrə baş nəzarətçi - VAKANSİYA

SOSİUM
197

Fins.az - PMD Projects LLC vakansiya elan edir.


Təsvir

  • Layihə Büdcəsinin və Podrat təklifləri qiymətlərinin təhlili;

  • Müqavilə dəyərlərinin analizi zamanı dəyərləndirmə komandasına köməklik etmək;

  • Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin təhlili;

  • Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik proseduru sənədlərinin, irəliləyiş hesabatlarının birbaşa rəhbəri ilə bərabər yoxlanılması;

  • Podratçılar tərəfindən hazırlanmış maliyyə hesabatlarının yoxlanılması;

  • Ödəniş sənədlərinin müqavilənin şərtlərinə uyğunluğunun yoxlanılması;

  • İddiaların (tələblərin) təhlili, əsas səbəblərinin araşdırılması və hesabatlarların rəhbərliyə təqdim edilməsi;

  • Layihələrin maliyyə axınlarının hazırlanaraq tələb olunan müddət ərzində və aralıqda təqdim edilməsi;

  • Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrasına dəstək olmaq;

  • Tender/sorğu öncəsi ehtimal dəyərlərin hazırlanması;

  • Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması;

  • Büdcələrin Maliyyə planlarının qaydalarına uyğun olaraq hazırlanması və mərhələli şəkildə yenilənməsi;

  • Layihə büdcələrinə nəzarət etmək, elektron platformalarda (1C, Aconex) xərclərin düzgünlüyünü və uyğunluğunu təmin etmək, iş strukturu bölmələrinin düzgün olmasını təmin etmək;

  • Layihə ilə bağlı dəyişikliklər yarandıqda BoQ Dəyişiklik tarixçəsi cədvəllərinin hazırlanması, təhlil olunması və hesabat verilməsi;

  • Rəhbərlik tərəfindən tapşırılan vəzifə təlimatına və öhdəliklərinə uyğun digər oxşar işlərin yerinə yetirilməsi;

  • Şirkətdə mövcud olan yerli və beynəlxalq standartların tələblərinə tam şəkildə riayət edilməsi;

  • Şirkətin və ya bilavasitə şirkətə məxsus enerji mənbələrindən səmərəli istifadə edilməsi, əlavə enerji itkisinə səbəb olacaq hallar barədə məlumatın təqdim edilməsi.

Tələblər

  • Ali təhsil: İnşaat mühəndisliyi və ya müvafiq (oxşar) ixtisas üzrə ali təhsil;

  • İş təcrübəsi: Mülki tikinti sahəsində, oxşar vəzifədə azı 5 il iş təcrübəsi;

  • Dil bilikləri: Azərbaycan dili – səlis. İngilis dili – yaxşı;

  • Kompüter bilikləri – MS Office, AutoCad.

  • Detallara qarşı diqqətcil olmaq;

  • Yüksək ünsiyyət bacarığı;

  • Komanda ilə işləmək bacarığı

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.az/vacancies/pmdprojects/pmdprojects-tikinti-xercleri-uzre-bas-nezaretci-39209?isLocal=true

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tikinti xərcləri üzrə baş nəzarətçi - VAKANSİYA — Fins.az — Fins.az