Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis - VAKANSİYA

Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis - VAKANSİYA

SOSİUM
403

Fins.az - PASHA Bank vakansiya elan edir.

Təsvir

  • Korporativ müştəriləri Bankın ticarətin maliyyələşdirilməsi məhsulları ilə təmin olunması və korporativ müştərilərin Korporativ Bankçılıq və Kommersiya Bankçılığı seqmentləri üçün bu əməliyyatların strukturlaşdırılması;

  • Mövcud və yeni müştərilərə satış təqibi çərçivəsində korporativ satışların idarəedilməsi üzrə müştəri menecerləri ilə qarşılıqlı əlaqənin qurulması;

  • Bankın müştəriləri üçün sənədli əməliyyatların (akkreditivlər, kredit məktubları və bank zəmanətləri) idarəedilməsi;

  • Maliyyə təhlili şöbəsi ilə birlikdə müştərilər üçün ticarətin maliyyələşdirilməsi əməliyyatlarının strukturlaşdırılmasında iştirakın təmin edilməsi;

  • Sənədli əməliyyat məhsullarının hazırlanması və satışların dəstəklənməsi;

  • Müştəri tərəfindən ticarətin maliyyələşdirilməsi üzrə razılaşmanın tələblərinə komplayens baxımından riayət olunmasına müntəzəm monitorinqin aparılması, müştərinin mövcud öhdəliklərinin vaxtında ödənilməsinin/icrasının təmin və monitorinq edilməsi;

  • Ticarət maliyyələşdirilməsi sazişləri üzrə münasib qiymət və razılıq üçün səmərəli yardımın göstərilməsinin, müştərilərin tələbatının müəyyənləşdirilməsinin və ən müasir ticarət maliyyələşdirilməsi məhsulları haqqında məlumatların verilməsinin təmin edilməsi;

  • Müştərilərin ticarət maliyyələşdirilməsi üzrə sorğularının araşdırılması;

  • Bankın ticarətin maliyyələşdirilməsi üzrə fəaliyyətini dəstəkləmək məqsədilə yerli və xarici müxbir banklarla səmərəli ünsiyyətin saxlanılması;

  • Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar və s.

Tələblər

  • Təhsil səviyyəsi və istiqaməti: Maliyyə və İqtisadiyyat üzrə;

  • İş təcrübəsi (il və/və ya sahə olaraq): 1-3 il; 

  • Dil bilikləri: İngilis, Rus;

  • Kompüter bilikləri: Microsoft Office;

  • Digər Məhsul üzrə biliklər: Bank məhsulları.

Vakansiya növü - Tam ştat

Müraciət et: https://jobs.glorri.az/vacancies/pashabank/pashabank-ticaretin-maliyyelesdirilmesi-mehsul-uzre-mutexessis-45770?source=JobSearch

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Ticarətin maliyyələşdirilməsi Məhsul üzrə Mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az