Tibbi Nümayəndə (Medical Representative) - VAKANSİYA

Tibbi Nümayəndə (Medical Representative) - VAKANSİYA

SOSİUM
371

Fins.az - Ascent MMC vakansiya elan edir.

Vəzifənin təsviri

  • Bu vəzifə aktiv sahə işini (field work) əhatə edir və şirkətin farmasevtik preparatlarının həkimlər, apteklər və tibb müəssisələri arasında tanıdılması və təşviqinə yönəlib.

  • Əsas məqsəd həkimlərlə uzunmüddətli əməkdaşlıq qurmaq və məhsullara olan tələbatı artırmaqdır.

Əsas öhdəliklər

  • Şirkətin farmasevtik məhsullarının həkimlər və apteklər arasında təşviqi

  • Dövlət və özəl klinikalarda çalışan həkimlərə müntəzəm ziyarətlərin həyata keçirilməsi

  • Həkimlərlə peşəkar və uzunmüddətli əlaqələrin qurulması

  • Məhsulların təqdimatı, üstünlüklərinin və klinik xüsusiyyətlərinin izahı

  • Tibbi tədbirlərin, seminar və konfransların təşkili və iştirak

  • Apteklərdə məhsulların mövcudluğuna nəzarət və aptek şəbəkələri ilə əməkdaşlıq

  • Bazarın və rəqiblərin təhlili, həkimlərdən geri bildirimlərin toplanması

  • Təyin olunmuş ziyarət planı və KPI-ların yerinə yetirilməsi

Namizəddən gözləntilər

  • Tibbi nümayəndə və ya farmasevtik satış sahəsində iş təcrübəsi (üstünlükdür)

  • Tibbi və ya farmasevtik təhsil (üstünlükdür)

  • Güclü ünsiyyət və təqdimat bacarıqları

  • Aktiv sahə işinə hazır olmaq

  • Azərbaycan dilində səlis danışıq, rus və/və ya ingilis dili arzuolunandır

  • Nəticəyönümlü, məsuliyyətli və intizamlı yanaşma

İş şəraiti

  • Bakı şəhəri

  • İş qrafiki: B.e. – Cümə, 09:00 – 17:00

  • Rəqabətli sabit əmək haqqı + bonus sistemi

  • Karyera və peşəkar inkişaf imkanları

CV-lərinizi “Tibbi nümayəndə” başlığı ilə elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tibbi Nümayəndə (Medical Representative) - VAKANSİYA — Fins.az — Fins.az