
Tibbi ekspert - VAKANSİYA
Fins.az - PAŞA Sığorta ASC namizədləri Tibbi ekspert vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Tibbi ekspert vəzifəsi, tibbi sığorta üzrə hadisələrin ekspertizasının aparılması, tibb müəssisələri ilə effektiv əməkdaşlığın təşkili, sığorta ödənişlərinin əsaslandırılması və tibbi-maliyyə təhlilinin həyata keçirilməsi ilə şirkətin xidmət keyfiyyətinin və maliyyə dayanıqlılığının təmin olunmasında mühüm rol oynayır.
Öhdəliklər
Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin nümayəndələri və müalicə həkimləri ilə əlaqələrin yaradılması və tibbi sığorta prinsiplərinin izahı
Sığorta hadisələri üzrə daxil olan sənədlərin təhlili və tibbi-maliyyə ekspertizasının aparılması, zəruri hallarda ekspertizanı birbaşa tibb müəssisəsində keçirmək
Sığorta ödənişinin həyata keçirilməsi barədə qərar qəbul edildikdə Sığorta Aktının hazırlanması
Əlaqə Mərkəzinin əməkdaşlarına klinikalarla iş xüsusiyyətlərinin izahı və cari məsələlərin həllində dəstək göstərilməsi
Şirkətin subkontraktor olmayan tibb müəssisələrinə müraciət edən sığorta olunanlar üçün ödənişin təmin edilməsi
Sığorta mübahisələri üzrə məhkəmə çəkişmələri üçün ekspert rəyinin hazırlanması
Şirkət tərəfindən təyin olunmuş periodik hədəflərə çatmaq və maraqların toqquşması hallarında tam və doğru məlumat vermək
Müştəri və əməkdaş məlumatlarının qorunmasını təmin etmək
Sığorta olunan şəxslərin hospitalizasiyasının təşkili və müalicə prosesinə nəzarət
Tibbi sığorta üzrə sığorta hadisələrinin tənzimlənməsini təmin etmək
Sığorta olunanlara ödənilməsi tələb olunan hallarda ekspertiza aparmaq
Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi
Bilik və Bacarıqlar
Tibbi biliklər və tibbi-maliyyə ekspertiza bacarıqları
Ünsiyyət qurmaq və komandada işləmək bacarığı
Qeyri-standart vəziyyətlərə çevik reaksiya vermək
Məntiqi təfəkkür və analitik yanaşma
Məsuliyyətlilik və etibarlılıq
Stresə davamlılıq və yüksək işgüzarlıq
Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və rus dili bilikləri arzuolunandır
Təhsil və Təcrübə
Ali tibb təhsili
Tibbi sahədə minimum 3 il iş təcrübəsi
Bizim Təklifimiz
Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı
Fərdi və peşəkar inkişaf üçün geniş imkanlar
Şəffaf və innovativ iş mühiti
Şirkətin biznes uğuruna töhfə vermək imkanı
“Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.
Müraciət et: https://career.pasha-insurance.az/jobs/7599500-tibbi-ekspert
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.