Tibb bacısı (Bakı və Sumqayıt) - VAKANSİYA

Tibb bacısı (Bakı və Sumqayıt) - VAKANSİYA

SOSİUM
186

Fins.az - SwissDent Bakı və Sumqayıt şəhərlərində yerləşən klinikalarımızın genişlənməkdə olan heyətinə yeni üzvlər - tibb bacıları axtarışındayıq.

İş barədə məlumat: 

  • Həkimə müayinə, müalicə və əməliyyat prosesində assistentlik etmək  

  • Həkimin müayinəsi və qəbulu üçün tibbi otağın müvafiq protokola uyğun hazırlanmaq 

  • Dərman və tibbi alətlərin saxlanılmasına nəzarət etmək

  • Tibbi alətlərin sterilizasiyasını təmin etmək  

  • 6 günlük iş qrafiki

  • Əmək qanunvericiliyinə uyğun qeydiyyat

  • İş yeri: namizədin yaşayış yerindən aslı olaraq Bakı, Sumqayıt şəhərindəki klinika  

Namizədə tələblər: 

  • Tibb bacısı üzrə orta ixtisas təhsili

  • Dil bilikləri: Azərbaycan, Rus (arzu olunandır) 

  • Xoş görünüş, yüksək insani keyfiyyət, səliqə və təmizliyə qarşı həssaslıq 

  • Məsuliyyətlilik, işgüzar etika anlayışı, komandada işləmə bacarığı, proaktivlik

  • Yeni məzunların da müraciəti qəbul olunur

Tələblərə uyğun şəxslər mövzu hissəsində “Tibb bacısı” qeyd etməklə, CV-lərini ([email protected]) elektron poçt ünvanına göndərə bilər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tibb bacısı (Bakı və Sumqayıt) - VAKANSİYA — Fins.az — Fins.az