Tender üzrə aparıcı mütəxəssis - VAKANSİYA

Tender üzrə aparıcı mütəxəssis - VAKANSİYA

SOSİUM
311

Fins.az - Bakinity Distribution MMC vakansiya elan edir.

Vəzifə öhdəlikləri:

  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və Cəmiyyətin fəaliyyət növünə uyğun olan tenderləri müəyyən edir və struktur bölmə rəhbərinə məlumat verir.

  • Tender üzrə tələb olunan sənədlərin “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmasını təmin edir.

  • Müəyyən edilmiş son tarixlərə ciddi şəkildə əməl olunmasına nəzarət edir.

  • Dövlət və kommersiya təşkilatları ilə müntəzəm yazışmalar aparır.

  • Tender proseslərinə aid olan müqavilə, təqdimat, akt, protokol və digər sənədləri hazırlayır.

  • Müəyyən edilmiş hesabatların hazırlanmasını və aidiyyəti üzrə vaxtında təqdim olunmasını təmin edir.

  • Tenderin icrası ilə bağlı tələb olunan əlavələri və düzəlişləri vaxtında hazırlayır.

  • Tender prosesində əsas şərtlər toplusunun tələbinə uyğun sənədlərlə bağlı yaranan suallara cavab verir və sorğuları cavablandırır.

  • Tenderin icra vəziyyəti ilə bağlı struktur bölmə rəhbərini mütəmadi olaraq məlumatlandırır, problemlər yarandıqda dərhal xəbər verir.

  • Tender sənədlərinin tamlığını, düzgünlüyünü və vaxtında təqdim olunmasını nəzarətdə saxlayır, sənədlərin arxivləşdirilməsi, elektron və fiziki bazada saxlanması prosesini həyata keçirir.

  • Tenderlərlə bağlı daxil olan rəy və təklifləri toplayır və düzgün qərarların verilməsi üçün struktur bölmə rəhbərinə təqdim edir.

  • Rəhbərliyin vəzifənin tələbi üzrə verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

  • Əsas şərtlər toplusunun analizini aparır.

Namizədə dair tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil

  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.

  • Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanunu üzrə yüksək səviyyədə bilik.

  • Satınalan və podratçı tərəflər üzrə nəzəri və praktiki bilik və bacarıqlar.

  • Ehtimal olunan qiymətlərin və iş həcmləri cədvəllərinin hazırlanması bacarığı.

  • Azərbaycan dilində sərbəst danışıq, oxu və yazı bacarığı; rus və ingilis dillərini bilmək üstünlükdür.

  • MS Office proqramları ilə sərbəst işləmə bacarığı.

  • CRM (Bitrix24) və 1C proqramlarında iş təcrübəsi.

  • Güclü ünsiyyət və təqdimat bacarıqları.

  • Tapşırıqları düzgün prioritetləşdirmə və problemlərin effektiv həlli bacarığı.

Əlavə məlumat:

  • İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək.

  • İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )

  • Vakansiya növü: Tam ştat

  • İş yeri: “Bakinity Distribution” MMC

  • Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq

Təminatlar:

  • Korporativ mobil telefon nömrəsi və danışıq paketi təmin olunur.

  • Push 30 platformasından istifadə imkanı.

  • AmCham üzvlüyü çərçivəsində inkişaf və təlim proqramlarından yararlanmaq imkanı.

  • Paşa Həyat “Həyatın Yaşam Sığortası” proqramına qoşulmaq imkanı.

  • İT sahəsində peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar.

Müraciət et: https://www.bakinity.az/jobs/tender-uzr%c9%99-aparici-mut%c9%99x%c9%99ssis/

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Tender üzrə aparıcı mütəxəssis - VAKANSİYA — Fins.az — Fins.az