
Təmir və tikinti işlərinin təşkili üzrə mütəxəssis - VAKANSIYA
Fins.az - Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu
Əmək funksiyaları:
Qüsur aktlarının tərtib edilməsi;
Torpaq, tikinti və təmir işləri üzrə sənədlərin hazırlanmasında iştirak edilməsi;
Layihə-smeta sənədlərinin hazırlanması prosesində iştirak edilməsi;
Tikinti və təmir işlərinin keyfiyyətinə və layihəyə uyğun icrasına nəzarət edilməsi;
Aidiyyəti dövlət və digər qurumlarla qurumlararası koordinasiyanın təmin edilməsi və əlaqələndirmə işlərinin aparılması;
Görülmüş işlərin qəbulunda iştirak edilməsi.
Namizədə dair tələblər:
Tikinti ixtisası üzrə ali təhsil;
Layihə-smeta və digər normativ sənədlərlə işləmək bacarığı;
Microsoft Excel və Microsoft Word proqramlarında sərbəst işləmək bacarığı;
AutoCAD və ArchiCAD proqramlarında ilkin səviyyədə işləmək bacarığı;
Tikinti norma və qaydalarını bilməsi üstünlük hesab olunur;
Məsuliyyətli, operativ və komandada işləmək bacarığı olan namizədlərə üstünlük veriləcəkdir.
Təklif edirik:
Peşəkar komandada çalışma imkanı;
Karyera inkişafı üçün əlverişli iş mühiti;
Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək.
Maraqlanan namizədlər CV-lərini qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərlər.
Elektron məktubun mövzu hissəsində “Təmir və tikinti işlərinin təşkili üzrə mütəxəssis” vakansiyasının adı qeyd olunmalıdır.