
Təlim və personalının inkişafı üzrə menecer - VAKANSİYA
Fins.az - Prime Accessories Mağazalar Şəbəkəsi vakansiya elan edir.
Prime Accessories – yeniliklərə açıq və karyera inkişafını əsas tutan innovativ, dinamik bir şirkətdir.
Hansı işləri görəcəksiniz:
Satış praktikaları ilə bağlı təlimlər hazırlayıb, periodik olaraq heyətə tədris etmək;
Təlim sonrası əməkdaşların performansının izlənilməsi və onların inkişafına dair rəy verilməsi;
Personala Satışdan əlavə Liderlik, Zamanın idarə edilməsi, Stressin idarə edilməsi, Motivasiya, Kritik düşüncə, Soft bacarıqlar mövzusunda təlimlər keçmək;
Mağaza ziyarətlərində iştirak edib, mağaza heyətinin təlim ehtiyaclarını təyin edərək, təlimlər təşkil etmək;
Yeni əməkdaşların işə qəbul prosesində iştirak etmək;
Tədris sonrası həyata keçirilən imtahanların nəticələrinin açıqlanması və qeydiyyatının aparılması;
İşçilərin ixtisaslarının və peşəkarlığının artırılması, həmçinin görülən işlərin təqib edilməsi;
Motivasiya proqramlarının təşkil edilməsi;
Satışın artırılması üçün filiallara dəstək olmaq;
Sahə üzrə yenilikləri təqib edib (daxili və xarici bazar araşdırmaları) və təlimlərin faydalılığının artırılması üçün sorğu və analizlər etmək;
Gördüyü işlərin aylıq, rüblük və illik hesabatanı birbaşa rəhbərə təqdim etmək.
Hansı super gücləriniz olmalıdır:
Ali Təhsil;
Satış sektorunda minimum 5 il iş təcrübəsi və mütləq minimum 2 il təlimçi fəaliyyəti;
MS Office proqramlarını əla səviyyədə bilməli;
Rus dili və İngilis dili bilikləri mütləqdir;
Komanda idarə etmə bacarığı;
Təqdimat və danışıq bacarığı;
Ünsiyyət bacarığı;
Analitik düşünmə bacarığı.
Biz sizə nələr təklif edirik:
Əmək haqqı: nett 1500 Azn + KPİ uyğun bonus
5 günlük iş qarfiki
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
Partnyor olduğumuz məkanların xidmətlərindən və məhsullarından endirimlə yararlanmaq imkanı;
Şirkət daxili təlim və inkişaf imkanları;
Karyera yüksəlişi imkanı.
Bizim komandaya necə qoşula bilərsiniz:
Əgər siz də öz potensialınıza güvənir və axtardığımız namizəd məhz sizsiniz deyirsizsə sizlə tanış ola bilməyimiz üçün öz CV-lərinizi “Təlim və personalının inkişafı üzrə menecer” başlığı ilə qeyd olunan elektron poçt ([email protected]) ünvanına göndərə bilərsiniz.